Edumall Preloader

Qazaxıstan, Özbəkistan, Qırğızıstanın tibb kolleclərinin nümayəndələri ilə görüş

Snapinsta.app_461739685_1244394300048589_108178435120923263_n_1080
Fotoqalereya Xəbərlər

Qazaxıstan, Özbəkistan, Qırğızıstanın tibb kolleclərinin nümayəndələri ilə görüş

Qazaxıstan, Özbəkistan, Qırğızıstanın tibb kolleclərinin nümayəndələri və səhiyyə işçiləri 26 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində qonaq olub. Qonaqları kollecin direktoru və müəllimləri qarşılayıb.
Qonaqlar kollecin resurs təlim otaqları və mulyajlarla təchiz olunan fənn kabinetlərində olub, müəllim və tələbələrlə söhbətlər ediblər. Görüşün sonunda hər üç ölkədə orta tibb təhsili səviyyəsini daha da yüksəltmək məqsədi ilə ikitərəfli əməkdaşlığın vacibliyi qeyd edilib və qarşılıqlı əlaqələrin yaradılması üçün ilkin addımların atılmasına qərar verilib.