Qazaxıstan Respublikasının “Emili” Ali tibb kolleci ilə İkitərəfli Anlaşma Memorandumu
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kolleci ilə Qazaxıstan Respublikasının “Emili” Ali tibb kolleci arasında onlayn görüş keçirilib. Görüşdə çıxış edən kollecin direktoru Dilarə Məmmədəliyeva və “Emili” Ali tibb kollecinin direktoru Saule Katpenova çıxış edərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu vurğulayıblar. Gələcək əməkdaşlıq sahələri və perspektivlərdən bəhs ediblər. Görüş zamanı iki kollec arasında elmi-praktik konfranslar, seminarlar, təlimlər, müsabiqələr təşkil etmək, gələcəkdə ikili diplom proqramlarını hazırlamaq, təhsil proqramlarını inkişaf etdirmək, akademik məlumatların və materialların qarşılıqlı mübadilə məsələləri müzakirə edilib. Görüşün sonunda iki kollec arasında əməkdaşlıq Memorandumu imzalanıb.