Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecində “Şəkərsiz həyat – diabetlə mübarizə” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri baş tutub. Tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Turizmin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilib.
Layihənin əsas məqsəd şəkərli diabet haqqında maarifləndirmə işləri apararaq, gənc əhali arasında bu xəstəlik haqqında bilikləri aşılamaqdır. Tədbirlərdə gənclərə hədiyyələr və bukletlər təqdim olunub. Layihə çərçivəsində 5 qrup olmaqla 100 nəfər gənc maarifləndirilib.