Edumall Preloader

Şəhidlər ölməz vətən bölünməz!

394764463_18398273857044887_6888025080481368448_n
Xəbərlər

Şəhidlər ölməz vətən bölünməz!

Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi məqsədi ilə başlanan II Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin əməkdaşı - Mürsəl Kamil oğlu Kazımlı Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə 23 oktybar 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Mürsəl Kazımlı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları, “III dərəcəli Vətənə Xidmətə görə Ordeni” ilə təltif edilib. Yaşadığı rayonda, təhsil aldığı məktəbdə və ali təhsil ocağında, çalışdığı kollecində şəhid Mürsəl Kamil oğlu Kazımlının xatirəsini əbədləşdirən abidə və komplekslər inşa edilmişdir.
Ailəsinin, dostlarının və həmkarlarının sevimlisi olan Mürsəl Kazımlı gözəl təbəssümü, mehriban münasibəti, peşəkarlığı, nümunəvi davranışı, vətənpərvərliyi ilə xatirələrdə daima yaşayacaq!

Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti, müzəffər ordumuzun qəhramanlığı sayəsində işğaldan azad olunmuş torpaqlarına qovuşdu. Şəhadəti ilə bu xoşbəxtliyi bizə yaşadan igid oğullarımızın müqəddəs ruhları qarşısında baş əyirik!