Edumall Preloader

Sənəd Qəbulu Komissiyası

Sənəd Qəbulu Komissiyası
Xəbərlər

Sənəd Qəbulu Komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
2 nömrəli Bakı Baza Tibb Kollecinin Sənəd Qəbulu Komissiyası

Bakı şəhəri, Şərifzadə küç 204 Tel. (+99455)3483308, (+99455)3331138, (+99455)2553661, (+99412)4311148

2 nömrəli Bakı Baza Tibb Kollecinin 2020/2021-ci tədris ili üçün tələbə adını qazanmış şəxslərin onlayn qeydiyyatı haqqında məlumat.
Tələbə adı qazanmış şəxslər 2020-ci il 6 oktyabr saat 09:00-dan 14 oktyabr 17:00-dək sənədlərini onlayn qaydada qeydiyyatdan keçirməlidirlər. Qeydiyyatdan keçmək üçün tələbə adını qazanmış şəxs aşağıda siyahısı təqdim edilən sənədləri scan (elektron sürəti) edib


2BBTKqeydiyyat@gmail.com

[email protected] e-mailinə göndərilməlidir





cinare401@mail.ru

[email protected] e-mailinə göndərilməlidir




1.Tələbə anketi (əlyazma qaydasında doldurulmuş qaydada); (Bax əlavə 1)


2.Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənəd (Kollec və ya ali təhsil müəssisəsinin 2019-2020-ci tədris ilinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);


3.Fotoşəkil 3×4 ölçüdə; (hicablı olanlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi)


4.Şəxsiyyət vəsiqəsi;


5.Tibbi arayış (Forma – 086) (şəkilli);


6.Tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN).


7.İllik təhsil haqqının ödəməsini (imkanı məhdud olan tələbələr təhsil haqqının yarısını ödəməklə qeydiyyatdan keçə bilər və ikinci yarısını 31.12.2020-dək ödəməlidirlər) təsdiq edən qəbz (ödənişli təhsil alacaq tələbələr üçün); Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına aid olan şəxslərlə bağlı (Əlavə 2-yə baxın.)

Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına düşən şəxslər müvafiq tələb olunan sənədləri də digər sənədləri ilə birlikdə e-mailə göndərməlidirlər. Bu sənədləri təqdim etməklə abituriyent mütləq elektron qeydiyyatdan keçməlidir. Qeyd olunan vaxtda sənədlərini onlayn qaydada təqdim etməmiş və ya natamam təqdim etmiş şəxslər qeydiyyatdan keçməmiş hesab olunacaq. Bu hal abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.


Qeyd edilmiş sənədləri göndərən abituriyentlərin şəxsi kabinetində bir gün sonra “sizin sənədləriniz qəbul olduğunuz orta təhsil müəssisəsi tərəfindən təsdiqləndi” yazısı daxil olacaq. Şəxsi kabinetinə bu məlumat qeyd edilmiş abituriyentin sənədləri təsdiqlənmiş hesab ediləcəkdir. Belə bir bildiriş almayan abituriyentlər mütləq 2 nömrəli Bakı Baza Tibb Kollecinin Sənəd Qəbulu Komissiyası ilə e-maillə və əlaqə telefonları vasitəsilə əlaqə saxlamalıdırlar. Əks halda kollec məsuliyyət daşımır.

2020/2021-ci TƏDRİS İLİ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

2 nömrəli Bakı Baza Tibb Kollecinin 2020/2021-ci tədris ili üçün tələbə adını qazanmış və onlayn [email protected]; [email protected]
https://www.e-telebe.edu.az portalınada müraciət etmələri

TƏLƏB OLUNUR!