Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 7 aprel Ümumdünya sağlamlıq günü ilə əlaqədar "Sağlam başlanğıc, ümidli gələcək" mövzusunda seminar keçirilib. Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Pediatriya kafedrasının dosenti, t.e.ü.f.d. Qaraxanova Mətanət qadın və uşaq sağlamlığı, uşağın sağlam böyüməsi və inkişafına dəstək, bəsləyici qayğının komponentləri, müasir valideyn və baxıcılara tövsiyyələr haqqında məlumat verib.