Edumall Preloader

Şamaxı rayonunda “İmmunlaşdırma” həftəsi

PHOTO-2022-05-10-11-06-02
Xəbərlər

Şamaxı rayonunda “İmmunlaşdırma” həftəsi

22.04.2022-30.04.2022-ci il tarixdə Şamaxı rayonunda Avropa İttifaqqının dəstəyi ilə ÜST-ün təşkil etdiyi “İmmunlaşdırma” həftəsi keçirilmişdir. Təlimdə  2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri və onlara rəhbərlik edən müəllim iştirak etmişdir. Tələbələr Şamaxı rayonun 6 kəndində  əhali arasında 18 yaşdan yuxarı şəxslərin COVİD-19 peyvəndinin vurulması,  2-5 yaşlı uşaqlar arasında peyvəndləşmə və inkişaf səviyyəsini öyrənmək, həmçinin  40 yaşdan yuxarı şəxslərin Kardio Vaskulyar Riskini aşkar etmək məqsədilə araşdırma  aparmışdırlar. Bu təlimdə tələbələr ilkin Səhiyyənin təşkil olunmasını təmin edən bacarıqlar və əhali ilə ünsiyyət qurmaq qabiliyyəti qazandılar. Təlimin sonunda iştirakçılar sertifikatla təltif olundular.