Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecində “15 oktyabr Süd Vəzi Xərçəngi ilə Ümumdünya Mübarizə Gününə” həsr olunan “Süd vəzi xərçəngi” mövzusunda konfrans kecirilib.
Konfransda kollecin müəllimi, p.f.d. İlahə Qədirova və Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının cərrah-onkoloq mamoloqu, t.f.d. Fəridə İsmayılova məruzə ediblər. Konfransda süd vəzi xərçənginin gedişatı, müasir müayinə,müalicə metodları və erkən diaqnostikasının əvəzolunmaz əhəmiyətindən danışılıb.