Şuşa ili
Oktyabr 19, 2022 2022-10-19 17:06Şuşa ili
Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Cənab İlham Əliyev respublkamızda 2022-ci ili “Şuşa ili”elan etmişdir. Bununla əlaqədar nəzərdə tutulan silsilə
tədbirlər çərçivəsində 2 nömrəli Bakı Baza Tibb Kollecində də tədbirlər planı hazırlanıb həyata keçirilir.
17.10.2022-ci il tarixdə keçirilən “Şuşa ili” ilə bağlı tədbirdə kollecin müəllim-tələbə heyəti iştirak etdi. Tədbirin əvvəlində ərazi bütövlüyümüz və azadlığımız uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra kollecin müəllimi A.Əliyeva Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əvəzedilməz məkan olduğu haqqında məruzə ilə çıxış edərək, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq gözəl Şuşamızın nəinki Azərbaycanın, habelə bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rolundan danışdı.
Son xəbərlər
Təcrübi bacarıqlar üzrə İlin Ən Yaxşı Qrupu
Yanvar 30, 2025Təlimçilər üçün Təlim (ToT)
Yanvar 28, 2025Şəhidlər Xiyabanı
Yanvar 21, 2025Axtarış