Edumall Preloader

Şuşa ili

IMG_20221027_133128
Xəbərlər

Şuşa ili

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar 27.10.2022-cil tarixdə kollecimizdə tədbir keçirildi. “İctimai elmlərin əsasları” fənn birləşməsi müəllimləri tərəfindən hazırlanmış tədbirdə Qarabağın tacı olan Şuşanın zəngin tarixindən, gözəl və özünəməxsus təbiətindən, Azərbaycan mədəniyyətinə və elmi-ictimai fikir səlnaməsinə əvəzsiz tövhələr vermiş böyük şəxsiyyətlərindən bəhs edən çıxışlar oldu, slaydlar nümayış etdirildi. Kollecin müharibədə iştirak edən tələbələrinin 44 günlük döyüş haqqında təsuratları, tələbələrin ifasında səhnəcik və səsləndirilən şer nümunələri tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.