Edumall Preloader

Şuşa ili

12
Xəbərlər

Şuşa ili

21.12.2022-ci il tarixində "Şuşa ili" ilə əlaqədar "Şuşa mədəniyyət paytaxtımızdır!" adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə kollecin direktoru Dilarə Məmmədəliyeva açdı.
Daha sonra kollecin Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri Gülər Quluzadə çıxış edərək, tələbələrin partiya vəsiqələrin təqdim etdi.
Kollecin anatomiya fənn müəllimi - Safura Muxtarova "Şuşanın tarixi abidələri", ingilis dili fənn müəllimi - Sevinc Qurbanova "Şuşanın mədəniyyət xadimləri" mövzusunda məruzələrini təqdim etdilər. Tələbələrin dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası musiqili komediyasına hazırladıqları səhnəcik nümayiş etdirildi.
Sonda tədbir şeir və musiqi nömrələri ilə başa çatdı.