“Şuşa ili”nə həsr olunmuş “Mahnı və Rəqs” festivalı
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının "Çətir" proqramı çərçivəsində Odlar Yurdu Universitetində "Şuşa ili"nə həsr olunmuş "Mahnı və Rəqs" festivalı keçirilmişdir. Festivalda tələbələrimiz Mənsimova Zərifə, Murad Ləman və İbrahimli Səadətin çıxışı 2-ci yerə, "Şəfa" rəqs qrupunun çıxışı isə 3-cü yerə layiq görülmüşdür. Sevimli tələbələrimizi təbrik edirik və onlara hər bir işlərində müvəffəqiyyətlər arzu edirik!