Təbrik ziyarəti
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyi və “Tibb bacısı (qardaşı) işi” şöbəsinin tələbələrinin iştirakı ilə 13 mart 2026-cı il tarixində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinə bayram münasibətilə təbrik ziyarəti təşkil olunub.
Ziyarət zamanı kollecin rəhbərliyi və tələbələr müəssisədə yaşayan uşaqlarla görüşərək onları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar. Tədbir çərçivəsində tələbələr tərəfindən müxtəlif musiqi nömrələri və bədii çıxışlar təqdim olunub. Həmçinin Novruz bayramının ənənəvi obrazları olan Kosa və Keçəl maraqlı səhnəciklər və zarafatları ilə uşaqlara əyləncəli anlar yaşadıblar.
Tədbirdə uşaqlar üçün üz boyama (faceart) təşkil olunub, animatorların iştirakı uşaqların sevincinə səbəb olub.
Səmimi və mehriban atmosferdə keçən görüş zamanı uşaqlara bayram sovqatları təqdim olunub, onlarla ünsiyyət qurulub və birlikdə xoş vaxt keçirilib.
Son xəbərlər
Axtarış