Edumall Preloader

“Təkmil qan qazları və elektrolitlərin müayinəsi” mövzusunda təlim

photo_2025-05-20_09-48-25 (2)
Fotoqalereya Xəbərlər

“Təkmil qan qazları və elektrolitlərin müayinəsi” mövzusunda təlim

19 may 2025-ci il tarixində İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tədris-stimulasiya mərkəzində "Təkmil qan qazları və elektrolitlərin müayinəsi" mövzusunda keçirilən təlimdə Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri iştirak etmişdir.

Təlimdə Dr. Səbinə Qafarova orta tibb personalı və tələbələr üçün ekspress diaqnostika haqqında ümumi məlumat vermişdir.

Ekspress diaqnostika üsulları, vaxtın qənaəti və təcili yardım zamanı qaz qarışıqları və elektrolitlərin ekspress diaqnostikası üçün istifadə olunan Rapid Point 500 E analizatoru haqqında geniş məlumat verilmişdir.

Qan qazı və elektrolit nümunələrinin götürülməsi, onların saxlanması və təhlili ilə bağlı qayda və tələblər izah edilmişdir.