Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki konfransı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin 22.04.2024-cü il tarixində hesabat-seçki konfransı keçirilib. Konfransda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitə sədrinin birinci müavini Elnarə Muradova iştirak etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin HİK-in sədri Zəminə Kazımova 2017-2024-cü illər üzrə HİK-in gördüyü işlər baradə hesabat verib. Məruzə və çıxışlar nəzərə alınaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin HİK-in hesabat dövrü ərzində gördüyü işlər qənaətbəxş hesab olunub.