Təlimçilər üçün Təlim (ToT)
Yanvar 28, 2025 2025-01-31 13:31Təlimçilər üçün Təlim (ToT)
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 23-24 yanvar 2025-ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə “İmmunizasiya üzrə Tədris Proqramının Təkmilləşdirilməsi” adlı Təlimçilər üçün Təlim keçirilib. Təlimi giriş sözü ilə açan 2 nömrəli Bakı Baza Tibb kollecinin direktoru Dilarə Məmmədəliyeva İmmunizasiyanın əhəmiyyəti haqqında çıxış edib. Təlimdə Ümumdünya Səhiyyə Təşkilatının “Vaksinasiyaya dəstək” layihəsinin rəhbərləri Sevinc Həsənova və Kövser Vatansevər də iştirak edib, təlimin vacibliyi haqqında fikirlər bildiriblər. Təlim kollecin Ümumdünya Səhiyyə Təşkilatının “Təlimçi” Sertifikatını alan metodisti Vəfa Əliyeva və müəllimlər İradə Əhmədova, Dürdanə Vahidova tərəfindən aparılıb. Təlimdə iştirak etmək üçün 1 nömrəli Bakı Tibb Kolleci, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran və Quba Tibb Kolleclərindən 20 nəfər müəllim dəvət olunub. Təlim ölkədə immunizasiya proqramının beynəlxalq hədəflərinə nail olmaq, yenilənən tədris proqramının keyfiyyətli tədrisini təmin etmək, tələbələrə və müdavimlərə immunizasiya prosesi və vaksinlərlə bağlı yeni məlumatları çatdırmaq məqsədilə təşkil edilib. Təlimdə iştirakçılara Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müxtəlif maarifləndirici materiallar paylanılıb və sonda iştirakçılar Sertifikatla təmin olunub.
Son xəbərlər
Təcrübi bacarıqlar üzrə İlin Ən Yaxşı Qrupu
Yanvar 30, 2025Təlimçilər üçün Təlim (ToT)
Yanvar 28, 2025Şəhidlər Xiyabanı
Yanvar 21, 2025Axtarış