06-07.03.2024-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin orta tibb işçilərinin təkmilləşmə şöbəsinin təlimçisi İradə Mustafayeva və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Təranə İbadova tərəfindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Təlim Mərkəzində tibbi heyət üçün «Təməl Həyat Dəstəyi» mövzusunda əyani təlim keçirilib.
Təlim nəzəri və praktik hissələrdən ibarət olub. «Təməl Həyat Dəstəyi» mövzusunda keçirilən təlimdə 20 tibb işçisi iştirak edib.