Edumall Preloader

Tibb qazeti 2BBTK haqqında

15
Tibb qazeti

Tibb qazeti 2BBTK haqqında

Əl yuma və steril əlcək geyinmə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa İttifaqı tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetinin və ölkəmizdə fəaliyyət göstərən tibb kolleclərinin tələbələri arasında ”Əl yuma və steril əlcək geyinmə” müsabiqəsi keçirilib.


Nəticələrə əsasən, 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbəsi Firuzə Bayramova ölkə üzrə 2-ci yerə layiq görülüb.
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, ÜST-nın eksperti Halil İbrahim Durak qalibə sertifikat və mükafat təqdim ediblər.

2 nömrəli Bakı Baza Tibb Kolleci ÜST-nin təşəkkürnaməsi ilə təltif edilib

2 nömrəli Bakı Baza Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış təlim mərkəzində “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” lahiyələri çərçivəsində "Təməl Həyat Dəstəyi” və "Vaksinasiya” mövzularında təlimlər keçirilib.


Kollecin ÜST-nin “Təlimçi sertifikatı”na layiq görülən müəllimləri tərəfindən aparılan təlimlərdə 300-ə yaxın həkim və orta tibb işçisi iştirak edib. Həm nəzəri, həm də praktik hissədən ibarət təlimlərin sonunda yetəri bal toplayanlara sertifikatlar təqdim olunub.


Pandemiya dövründə Səhiyyə Nazirliyinin göstərişinə əsasən kollecin müəllimləri COVID-19 infeksiyası əleyhinə vaksinlərin daşınma, saxlanma və vurulma qaydaları haqqında da təlimlər keçiblər.

Təlimlərdə Bakıda və müxtəlif rayonlarda tibb müəssisələrində, eləcə də Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Sərhəd Qoşunlarının tibb idarələrində, Mərkəzi Gömrük Hospitalında çalışan orta tibb işçiləri (1300 nəfərə yaxın) iştirak ediblər və sertifikat alıblar.


ÜST-nin Azərbaycan nümayəndəliyi həmin layihələrdə davamlı tibbi təhsil sahəsində dəstəyə görə 2 nömrəli Bakı Baza Tibb Kollecini təşəkkürnamə ilə təltif edib.