Tibbi profilaktika
Aprel 6, 2022 2022-04-18 22:14Tibbi profilaktika
“Tibbi profilaktika” şöbəsi
2 nömrəli Bakı Baza Tibb Kollecində 1975-ci ildən fəaliyyət göstərir.
İxtisas: Sanitar-feldşer
Peşə-ixstisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 3 il Tam orta təhsil bazasında
İxtisas kodu: 040715
Məzunların peşə fəaliyyəti
“Tibbi profilaktika” şöbəsinin məzunları dövlət sanitar nəzarəti, əks-epidemik nəzarət, profilaktik və cari dezinfeksiya tədbirləri, laborator tədqiqatlar və tibbi statistik hesabatları aparmaq üçün hazırlanır. Onlar müalicəvi-profilaktika müəssisələrində, gigiyena-epidemiologiya mərkəzi, laboratoriyalarda, Qida agentliyi, sənaye müəssisələrində və ya tibb təşkilatlarında işləyə bilərlər.
Məzunların peşə fəaliyyətinin əsas istiqamətləri
Rəhbər: tibb məntəqəsinin müdiri
Sanitar- feldşer
Feldşer-laborant
Təlimatçı-dezinfektor
Həkim-epidemioloqun köməkçisi
Həkim-parazitoloqun köməkçisi
Entomoloqun köməkçisi
Tibbi statistik
“Tibbi profilaktika” şöbəsinin məzunu bilməli və bacarmalıdır
- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi-normativ aktları;
- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
- Müalicə və sanitar-profilaktika müəssisələrinin quruluşunu və tiplərini;
- Yaşayış sahalərində, istehsalat müəssisələrində, mədəni-məişət, təhsil obyeklərində gigiyenik normativlərini;
- Sağlam həyat tərzinin əsaslarını;
- Ümumi gigiyena və istehsalat sanitariyasının əsaslarını;
- İdarə, müəssisə və ayrı-ayrı şəxslər üçün nəzərdə tutulmuş gigiyenik normaları;
- Torpağın, suyun, havanın, qida məhsullarının keyfiyyətinin gigiyenik göstəricilərini;
- Yaşayış məntəqələrinin, ictimai binaların, gigiyena müəssisələrinin, istehsalat sahələrinin, müalicə-profilaktik və ictimai-iaşə obyektlərinin müayinəsini aparmağı;
- Əhalinin əmək şəraitinin sanitar nəzarətini aparmağı;
- Vaksinasiyanın təşkil və aparılması vaxtını;
- Vaksinlərin alınmasını, daşınmasını, saxlanılmasını və istifadə qaydalarının gigiyenik normativlərini;
- Sanitar-maarif işini;
- Sanitar-gigiyenik və sanitar əks-epidemik qaydaların yerinə yetirilməsinə nəzarət;
- Əhali tərəfindən istifadə olunan yerüstü və yeraltı suların çirklənməsinin qarşısının alınması və ləğv edilməsi üçün tədbirləri;
- Əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini aparmaq və ona təsir edən faktorları müəyyən etməyi;
- Epidemioloji vəziyyəti qiymətləndirməyi;
- Ekoloji ekspertizanı aparmağı;
- Sanitar-epidemioloji müayinələrin keçirilməsində iştirak etməyi;
- Statistik müşahidələr aparmaq və onlara dair hesabat hazırlamağı;
- Cari, nəzarətedici və xəbərdaredici sanitar tədbirlərini aparmağı;
- Xəstəlik ocağında dezinfeksiya tədbirlərin yerinə yetirilməsinə nəzarət;
- Parazitar xəstəliklərin profilaktikasına yönəlmiş tədbirləri təşkil etmək və həyata keçirməyi.
Tədris olunan fənlər
- İnsanın normal anatomiya və fiziologiyası
- Yoluxucu xəstəliklər və dermatovenerologiya
- Kommunal gigiyena
- Əmək gigiyenası
- Tibbi sanitar mikrobiologiya
- Qidalanma gigiyenası
- İctimai sağlamlıq və gigiyena
- Sanitar-gigiyenik müayinə üsulları
- Uşaq və yeniyetmə gigiyenası
- Epidemiologiya
- Dezinfeksiya işi
- Sanitar maarifləndirmə
- Laborator işlərin texnikası
- Kliniki patologiya
- Tibbi parazitologiya
- İlk tibbi yardım
- Analitik kimya
- Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
- Azərbaycan tarixi
- Xarici dildə işgüzar və akademik kommunikasiya
- Hüququn əsasları
- İnformasiya texnologiyaları