Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 14 mart 2026-cı il tarixində “Tibbi təhlükəsizlik və infeksiyaya nəzarət” mövzusunda Təlimçilər üçün Təlim keçirilib. Təlimdə respublikada fəaliyyət göstərən tibb kolleclərinin, Mingəçevir Turizm Kollecinin nümayəndələri və kollecin müəllim heyəti iştirak edib. Təlim çərçivəsində iştirakçılar infeksiyaya nəzarət və tibbi təhlükəsizlik sahəsində yeni yanaşmalarla tanış olublar.Təlim zamanı mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçılar arasında təcrübə mübadiləsi həyata keçirilib. Sonda proqramı uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub.