Edumall Preloader

Türkistan Ali Tibb Kollecində konfrans

IMG-20241213-WA0044
Fotoqalereya Xəbərlər

Türkistan Ali Tibb Kollecində konfrans

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kolleci beynəlxalq əlaqələrini genişləndirərək Qazaxıstan Respublikası Türkistan Ali Tibb Kolleci ilə əməkdaşlıq əlaqələri qurur.
         Əməkdaşlıq çərçivəsində Türkistan Ali Tibb Kolleci tərəfindən tələbələr üçün təşkil olunan “Universal-mütərəqqi patronaj xidmət modelinin 12-ci modulu üzrə sağlamlıq imkanları məhdud uşaqlara yardımın göstərilməsində tibb bacısının rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransa kollecin “Tibb bacısı (qardaşı) işi-1” şöbəsinin tələbəsi Hüseynova Arzu qatılıb.

Seçim mərhələsinin nəticələrinə əsasən, müxtəlif ölkələrdən olan 24 tələbə arasına daxil olan tələbəmiz 13 dekabr 2024-cü il tarixində onlayn formatda keçirilən konfransda “Tibb kolleclərində Universal-mütərəqqi patronaj xidmət modelinin 12-ci modulunun tətbiqi: tələbələrin sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərən tibb bacısı roluna hazırlanması” adlı təqdimatla uğurla çıxış edib və sertifikatla təltif olunub. Konfransın gedişi zamanı kollecin digər tələbələri də Zoom platforması üzərindən təqdimatları izləyib.