Edumall Preloader

“Tütün Məhsullarına Yox Deyək”

photo_2025-04-12_08-01-25 (3)
Fotoqalereya Xəbərlər

“Tütün Məhsullarına Yox Deyək”

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən "Tütün məhsullarına yox deyək!" adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə İSİM-in Monitorinq və Təhlil şöbəsinin müdiri İnara Makayeva və Epidemiologiya şöbəsinin nümayəndəsi Şəhla Kazımova iştirak ediblər.

Tədbirin əsas məqsədi gənc nəslin tütünçəkmənin zərərli təsirləri barədə maarifləndirilməsi, sağlam həyat tərzi ilə bağlı geniş məlumat verilməsi olub. Bildirilib ki, ölkəmizdə gənclərin sağlam inkişafı, təhsili və mənəvi tərbiyəsi daim dövlətin diqqət mərkəzində saxlanılır və onlar xüsusi qayğı ilə əhatə olunurlar.

Tədbir zamanı həmçinin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun mahiyyəti izah olunub, gənclər tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq durmağa, eləcə də tütün istifadəsinin azaldılması istiqamətində ölkəmizdə aparılan təbliğat və təşviqat işlərinə fəal dəstək verməyə çağırılıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanmış, sağlamlığın qorunması və sağlam həyat tərzinin təşviqinə dair geniş çeşiddə maarifləndirici materiallar paylanılıb.