“Ümumdünya Diabet Günü”
Noyabr 14, 2017 2017-11-14 0:00“Ümumdünya Diabet Günü”
“Ümumdünya Diabet Günü”
14.11.2017 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanmış Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Səhiyyə Nazirliyinin İSİM Lahiyələrinin Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Diabet Liqasının sədri, Respublika Endokrinologiya mərkəzinin endokrinoloqu Yeganə Sultanova, İSİM Lahiyyələrinin Əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə, İSİM İctimayyətlə Əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova və kollecin müəllim-tələbə heyəti iştirak etdilər.
Tədbirdə çıxış edənlər şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında və qadınların preqestasion, qestasion dövründə (hamiləlikdən öncə və hamiləlik dövründə) şəkərli diabetin müayinə, müalicə üsullarından və xüsusi pəhrizin tədbiq edilməsi haqqında geniş məlumat verdilər. Məruzənin sonunda Y.Sultanova tələbələr tərəfindən verilən çoxsaylı sualları cavablandırdı.