Edumall Preloader

Ümumdünya Diabet Günü

Ümumdünya Diabet Günü
Xəbərlər

Ümumdünya Diabet Günü

2019.11.14 2 nömrəli Bakı Baza Tibb kollecində “Ümumdünya Diabet Günü”nə həsr olunmuş elmi-təcrübi konfrans keçirildi. “Daxili xəstəliklər” fənn müəllimi Təravət Nəbiyeva çıxışında diabetə gətirib çıxaran səbəblər, xəstəliyin müalicə, profilaktika və bu xəstəliyə məruz qalanların həyat tərzindən geniş məruzə etdi. Mühazirə maraqlı fotoşkillər və videofilm ilə müşayət olundu. Sonda konfrans iştirakçıların sualları cavablandırıldı və qanda şəkərin miqdarını özündə təyin etmək istəyənlər səhnəyə dəvət olundu.