Edumall Preloader

Ümummilli lider Heydər Əliyev

jpeg-optimizer_06_20241212_180203_0000 (1)
Fotoqalereya Xəbərlər

Ümummilli lider Heydər Əliyev

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 12 dekabr 2024-cü il tarixində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxışında xalqımızın dahi oğlu, əvəzedilməz şəxsiyyət, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərən, bütün ictimai-siyasi fəaliyyətini doğma vətəninin yüksəlişinə və tərəqqisinə həsr edən ümummilli lider Heydər Əliyevin həyat yolunu və gördüyü işləri qeyd edib.

Sonra kollecin İctimai elmlər fənn müəllimi Zaur Qasımov müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş qazanmasının məhz onun adı ilə bağlı olduğunu bildirib.

Böyük tarixi şəxsiyyətin zəngin fəaliyyətinə dair hazırlanmış videoçarx nümayiş olunub.Tədbir THİK-in təşkilatçılığı ilə hazırlanmış bədii hissə ilə davam edib.