Ümummilli Lider Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş
8 may 2024-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin Tələbə Gənclər Təşkilatının iştirakı ilə Azərbaycan gəncliyinin inkişafında misilsiz töhfələri olan əbədi liderin əziz xatirəsinin daim tələbə gənclərin qəlbində yaşadığını, hər zaman ehtiram və rəhmətlə anıldığını göstərmək məqsədilə yürüş keçirilib və Ulu Öndərin məzarı ziyarət olunub.