Edumall Preloader

Vətən bizə əmanətdir

Vətən bizə əmanətdir
Xəbərlər

Vətən bizə əmanətdir

Aprelin 3-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə kollecin TGT-nın sədri A.Məmmədova və bir qrup tələbə iştirak etmişdir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək Aprel döyüşlərində Azərbaycan Ordusunun şanlı qələbəsindən, əsgərlərimizin qəhrəmanlığından, işğal altındakı torpaqlarımızın bir hissəsini azad etməsindən, indi həmin ərazilərdə Azərbaycan bayrağının vüqarla dalğalandığından danışdı.