Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində "Vertebro" Onurğa Tibb mərkəzinin və Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Skoliozu necə sağaldaq?" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə peşəkar vertebroloq, dr.İradə Hacıyeva günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən olan skalioz, lordoz, kifoz haqqında ətraflı məlumat verib, müalicə və müayinə üsullarından bəhs edib. Sonda könüllü müayinə keçirilib və tələbələrin sualları cavablandırılıb.