Edumall Preloader

“Vital Klinika”da təcrübə mübadiləsi

WhatsApp Image 2022-05-25 at 23.16.09
Xəbərlər

“Vital Klinika”da təcrübə mübadiləsi

2 nömrəli Bakı Baza Tibb Kollecinin “Mamalıq işi” şöbəsinin tələbələri,
“İnformatika” fənn müəllimləri N.Abuşova və M.Zeynalovanın rəhbərliyi ilə 25.05.2022-
ci il tarixində “İnformasiya texnologiyaları” fənni proqramı əsasında müasir informasiya
kommunikasiya texnologiyaları vasitələrinin tibbdə tətbiqi təcrübələrinin mənimsənilməsi
məqsədilə Bakı şəhəri Yasamal rayonunun Yeni Yasamal yaşayış sahəsində fəaliyyət
göstərən “Vital Klinika”da təcrübə mübadiləsində olmuşlar.

Kollecin tələbə-müəllim heyəti klinikada yeni doğulmuş körpələrin elektron
qeydiyyatı, informasiyaların elektron “sağlamlıq kartı”na daxil edilməsi prosedurları ilə
yaxından tanış olmuşlar. Bununla belə, klinikanın qonaqları, həm də müvafiq
informasiyaların “sağlamlıq kartı”na daxil edilməsi vərdişlərinə praktik olaraq
yiyələnmişlər.