Edumall Preloader

Voleybol turniri

Snapinsta.app_440772607_18437330674044887_3243345911827308008_n_1080 (1)
Xəbərlər

Voleybol turniri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kolleci Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı və “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin tərəfdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan silsilə idman yarışları çərçivəsində voleybol idman növü üzrə oğlanlar arasında keçirilən yarışına ev sahibliyi edib.

Azərbaycan Respublikası Dövlət Himni ilə başlanan turnirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxışında ulu öndər Heydər Əliyevin zəngin irsinin və xalqımızı xilaskar missiyasının bu gün də öz bəhrələrini verdiyindən və onun öyrənilməsinin vacibliyindən danışıb.
2-3 may 2024-cü il tarixində müxtəlif ali və orta təhsil müəssisələrinin tələbələrindən ibarət oğlanlar arasında keçirilən voleybol turnirində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin komandası üçüncü yerin qalibi olub.

Son xəbərlər

Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər
Məzun 2024
Snapinsta.app_447744709_18443338645044887_240032541052585700_n_1080
Xəbərlər
Son nəsil robot
Snapinsta.app_448857005_18446664799044887_8063207288045311437_n_1024
Xəbərlər
Karyerada ilk addım