Edumall Preloader

Xocalı Soyqırımı 32

Snapinsta.app_408860355_18421836532044887_507288156493286767_n_1080
Xəbərlər

Xocalı Soyqırımı 32

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 26 fevral 2024-cü il tarixində “Xocalı Soyqırımı”nın 32-ci il dönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə kollecin rəhbər, müəllim-tələbə heyəti iştirak edib. İlk öncə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “İctimai elmlər” fənn müəllimi Z.Qasımov öz çıxışında erməni işğalçılarının Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törətdiyindən, bu soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirildiyindən danışıb. O, qeyd edib ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Ali Baş Komandan İlham Əliyev 25 fevral 2024-cü il tarixində Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirib.
Eyni zamanda kollecin bir qrup tələbəsi yürüşdə iştirak edərək Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.