“Xocalı Soyqırımı” dərsləri
Fevral 27, 2025 2025-02-27 14:51“Xocalı Soyqırımı” dərsləri
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində Xocalı soyqırımınının 33-cü ildönümünü ilə əlaqədar olaraq soyqırımı qurbanlarının xatirəsi dərslərdə bir dəqiqəlik sükutla yad edilib. Tələbələrə 20-ci əsrin sonlarında bəşəriyyətə qarşı törədilmiş ən böyük tarixi cinayətlərdən olan Xocalı soyqırımı barədə məlumat verilib.
Qeyd olunmuşdur ki, Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı (genosidi) günü haqqında” qəbul etdiyi qərarda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, obyektiv qiymətini alması üçün kompleks tədbirlər həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Kollecin foyesində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş fotosərgi və soyqırımı əks etdirən kitablardan ibarət guşə təşkil olunub.
Son xəbərlər
Əczaçılıq sektorunda Əmək Yarmarkası və Biznes Sərgisi
Fevral 27, 2025“Ana harayı” abidəsinə ziyarət
Fevral 27, 2025“Xocalı Soyqırımı” dərsləri
Fevral 27, 2025Axtarış