Edumall Preloader

“Xocalıya ədalət!”

Snapinsta.app_1080_333350068_1360896311401365_7064049035799984691_n
Xəbərlər

“Xocalıya ədalət!”

24.02.2023-cü il tarixində Fransız-Azərbaycan Universitetində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı – gənclərin və gənclər təşkilatlarının faciənin tanıdılmasında rolu” mövzusunda keçirilən konfransda 2 nömrəli Bakı Baza Tibb Kollecinin bir qrup aktiv tələbəsi də iştirak edib.
Tədbir Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fransız-Azərbaycan Universitetinin icraçı direktoru Vazeh Əsgərov konfransın əhəmiyyəti haqqında çıxış edərək, tədbiri yüksək qiymətləndirdiyini vurğulayıb. Daha sonra NAYORA-nın sədri Azər Əliyevin moderatorluq etdiyi və Azərbaycan Respublikası Milli Məclisinin deputatları Musa Qasımlı və Ceyhun Məmmədovun spiker olduğu konfransda “Xocalıya ədalət!” beynəlxalq kampaniyası, “Xocalı həqiqətləri”, “Xocalı faciəsinin tarixi kökləri” kimi mövzular ətraflı müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.