“6 Aprel – Ümumdünya Fiziki Sağlamlıq Günü” münasibətilə Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində qaçış idmanının müxtəlif növləri üzrə yarış təşkil olunub. Yarışda kollecin bütün şöbələrindən olan tələbələr fəal iştirak ediblər.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması və tələbələr arasında idmana marağın gücləndirilməsi olub.
Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib. Sonda qalib komanda kubok və diplomla təltif olunub. II və III yerlərdə müvafiq olaraq "Laboratoriya diaqnostikası" və "Mamalıq işi" şöbəsinin tələbələri qərarlaşıb.