Edumall Preloader

Yaşıl Dünya Naminə Həmyərlik ili

WhatsApp Image 2024-11-07 at 18.31.42
Fotoqalereya Xəbərlər

Yaşıl Dünya Naminə Həmyərlik ili

"Yaşıl Dünya Naminə Həmyərlik ili" çərçivəsində 21-26 oktyabr tarixlərində UNICEF-in Azərbaycandakı səhiyyə orqanları ilə əməkdaşlığı sayəsində uşaq sağlamlığı mövzusunda "Beynəlxalq Qurğuşunla zəhərlənmənin qarşısının alınması həftəsi" elan olunub. Həftə çərçivəsində 25 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində "Uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin qonaqları UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin Sağlamlıq və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova, Uşaqların Ətraf Mühit Amilləri ilə bağlı Sağlamlığı üzrə UNİCEF-in Məsləhətçisi Samirə Həsənli, Mərkəzi Gömrük Hospitalının allerqoloq-toksikoloqu t.ü.f.d. İsmayıl Əfəndiyev olub. Kollecin direktoru Dilarə Məmmədəliyevə qonaqları salamlayaraq, ölkəmizdə baş verən iqlim dəyişikliklərdən və onun insan sağlamlığında yaratdığı fəsadlardan bəhs edib. Tədbir iştirakçıları iqlim dəyişikliyi, zəhərli metallar və kimyəvi maddələr, gübrələr, ev təsərrüfatı və açıq havanın çirklənməsi, elektron tullantıların ana və uşaq sağlamlığına təsiri barədə ətraflı məlumat veriblər. Sonda kollecin "Pediatriya" fənn müəllimi Quliyeva Rübabə çıxış edərək, tədbirin əsas məqsədinin cəmiyyətin diqqətini ölkəmizdə yaranan qlobal iqlim problemlərə çəkmək, uşaqların iqlim dəyişikliyinə olan həssaslığını vurğulamaq, ətraf mühit amillərindən irəli gələn sağlamlıq problemlərini üzə çıxarmaq və bu istiqamətdə aparılan düzəldici fəaliyyətlərə dəstək verməkdən ibarət olduğunu bildirib.