Edumall Preloader

“Yaşıl dünyamızı yaşadaq!” adlı konfrans

WhatsApp Image 2024-10-17 at 12.48.37 (1)
Fotoqalereya Xəbərlər

“Yaşıl dünyamızı yaşadaq!” adlı konfrans

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində "Gigiyena" fənn birləşmə komissiyasının təşkilatçılığı ilə "Yaşıl Dünya naminə Həmrəylik ili" çərçivəsində "Yaşıl Dünyamızı Yaşadaq!" adlı konfrans keçirilib.

Konfransda kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək ölkəmizdə ətraf mühitin mühafizəsindən, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi ilə əlaqədar respublikada aparılan sosial-iqtisadi islahatlardan bəhs edib.

Konfrans iştirakçıları insan sağlamlığına ciddi təsir edən ekoloji problemlərdən, polietilen torbaların təbiətə zərərindən, geni dəyişdirilmiş məhsulların insan sağlamlığına mənfi təsirlərindən, insanların iqlimə müdaxiləsindən (süni yağış) geniş məruzə ilə çıxış edib.

Eyni zamanda kollecimiz tərəfindən keçirilən ağacəkmə, "Sahillər təmiz qalsın!", "Batareyanı təhvil ver, təbiəti qoru!", elektron tullantıların toplanma ekoloji aksiyaları və mütəmadi olaraq həyata keçirilən iməclik işləri barədə də məlumat verilib.