Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 6 may 2024-cü il tarixində «Yaşıl dünyamızı yaşadaq» mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən kollecin «Gigiyena» fənn birləşmə komissiyasının müəllimləri dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində müvafiq işlərin aparılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Sonda hazırlanan maarifləndirici tanıtım materialları iştirakçıların diqqətinə çatdırılıb.