Edumall Preloader

Yeni Azərbaycan Partiyası-25

Yeni Azərbaycan Partiyası-25
Xəbərlər

Yeni Azərbaycan Partiyası-25

09.10.2017 Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında təntənəli tədbir keçirildi. Tədbirdə kollecin direktoru Dilarə Məmmədəliyeva, Yasamal rayonu Yeni Azərbaycan Partiyasının sədri Tağı Əhmədov, Yasamal rayon Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Tamilla Şahbazova, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və kollecin müəllim-tələbə heyəti iştirak etdi.
Qonaqlar çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasından və tarixindən bəhs edib, tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik etdilər. Tədbir tələbələr tərəfindən hazırlanmış bədii hissə ilə davam etdi. Sonda Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə vəsiqələr təqdim olundu.