Edumall Preloader

“Zəfər günü”

DSC_7585
Xəbərlər

“Zəfər günü”

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 06.11.2023-cü il tarixində “Zəfər günü” münasibətilə bayram tədbiri keçirilib. Yasamal rayon İcra hakimiyyətinin, YAP Yasamal Rayon Təşkilatının, 2 nömrəli Bakı Baza Tibb kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və təşkilatın əməkdaşları, Yasamal Rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova, şəhid Mürsəl Kazımlının valideyni Lalə Kazımlı, kollecin müəllim-tələbə heyəti iştirak ediblər. Tədbirdən öncə müəllim və tələbə heyəti kollecin Vətən müharibəsi şəhidləri olan tələbələri və əməkdaşı Kazımlı Mürsəlin xatirəsinə inşa edilən abidənin önünə gül dəstələri qoydular. Daha sonra kollecin foyesində Zəfər Günü münasibətilə təşkil olunan tələbələrin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin direktoru giriş sözü ilə çıxış edərək qonaqları və bütün iştirakçıları salamladı, böyük qələbəmizin memarı İlham Əliyev cənablarının xalqımızı işıqlı gələcəyə aparan uğurlu siyasətindən danışdı. Vətən müharibəsi şəhidi, əməkdaşımız Mürsəl Kazımlının valideyni Lalə xanımın timsalında bütün şəhid valideynləri qarşısında böyük ehtiramla baş əydiyimizi və onlara borclu olduğumuzu bildirib. Daha sonra YAP Yasamal rayon təşkilatının sədri B.Nəbiyev çıxış edərək, Azərbaycanı qələbəyə aparan bu şanlı tarixi yolun məhz ulu öndərin siyasi fəaliyyəti ilə başladığını vurğuladı. O, bildirdi ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Ali Baş komandan İlham Əliyev cənablarının düzgün strategiyası sayəsində Azərbaycanın əzəli torpaqları işğaldan azad olundu.
Yasamal rayon İcra hakimiyyəti başçısının müavini T.Muradova çıxışında qələbəmizi qeyd edəcəyimiz belə bir tədbirdə nitq söyləmək arzusu ilə yaşadığını bildirdi. O, Ali Baş komandanın uğurlu siyasəti, dözümü və Azərbaycan Ordusunun qəhrəmanlığı ilə qazandığımız böyük zəfərindən danışdı. Tədbir kollecin THT və TGT-nın birgə hazırladığı bədii kompozisiya ilə davam etdi və sonda xatirə şəkilləri çəkildi.