Edumall Preloader

“Zəkanın Nəbzi – Süni İntellektlə Formalaşan Sağlam Gələcək”

photo_2025-05-29_11-01-08 (5)
Fotoqalereya Xəbərlər

“Zəkanın Nəbzi – Süni İntellektlə Formalaşan Sağlam Gələcək”

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində “İnformasiya texnologiyaları” fənn müəllimləri və tələbələrin iştirakı ilə “Zəkanın Nəbzi – Süni İntellektlə Formalaşan Sağlam Gələcək” mövzusunda konfrans təşkil olunub.

Konfrans çərçivəsində süni intellekt, onun tətbiq alətləri və perspektivləri barədə məlumat verilib. Kollecimizin məzunu, hazırda süni intellekt sahəsində fəaliyyət göstərən mütəxəssis Zeynəb Musayeva “Süniləşdirilə Bilməyən Duyğular” mövzusunda təqdimatla çıxış edib.

Daha sonra tələbələrin iştirakı ilə süni intellektin təhsil alan tələbə və tibb sahəsində çalışan mütəxəssislə dialoqu səhnələşdirilərək nümayiş olunub.

Konfransın sonunda süni intellektin tibb sahəsində tətbiqi və gələcəyin orta tibb işçilərinin bu texnologiyaya baxış bucağını öyrənmək məqsədilə tələbələrə suallar ünvanlanıb. Fəallıq göstərərək cavab verən tələbələr xüsusi nişanlarla təltif olunublar.