Edumall Preloader

Zərifə Əliyeva 100 illik

IMG-7839
Xəbərlər

Zərifə Əliyeva 100 illik

14.04.2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin, Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli alim, həkim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnsan Resursları şöbəsinin müdiri Səidə Rüstəmova, "İnsan Resursları" şöbəsinin mütəxəssisi Təranə Əhmədova, Yasamal rayon İcra Hakimiyyətinin baçşısı Elşad Həsənov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova, Yasamal Rayon İcra Hakimiyyətinin digər nümayəndələri, Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşı t.e.n. Nübar Həşimova, 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva, kollecin müəllim və tələbə heyəti iştirak etdilər.
2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva giriş sözü ilə çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı. Daha sonra Milli Oftalmologiya Mərkəzinin əməkdaşı t.e.n. Nübar Həşimova, “Göz xəstəlikləri” fənn müəllimi Aynur Səfixanova akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə maraqlı və ətraflı çıxışlar etdilər. Tədbir 2 nömrəli Bakı Baza Tibb Kolleci tələbələrinin hazırladıqları bədii hissə ilə davam etdi.