Edumall Preloader

Zərifə Əliyeva 96

Zərifə Əliyeva 96
Xəbərlər

Zərifə Əliyeva 96

2019.04.26 görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qeyd etdi ki, Zərifə xanım təkcə respublikamızda deyil beynəlxaq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilib.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin tarixində və xalqın yaddaşında hər zaman yaşayacağını vurğuladı.
Sonra “Göz xəstəlikləri” fənn müəllimi Aynur Səfixanova Zərifə xanımın həyat və yaradıcılığından bəhs edən geniş məruzə ilə çıxış etdi.
Sonda kollec tələbələrinin ifasında ədəbi-bədii kompozisiya səsləndi, eyni zamanda, Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunan film nümayiş olundu.