Edumall Preloader

Ziyarət

336182093_915686056423343_7125681255065685987_n
Xəbərlər

Ziyarət

2 nömrəli Bakı Baza Tibb kollecinin bir qrup əməkdaşı kollecimizin fəxri, Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər - Kazımlı Mürsəl Kamil oğlunun valideynlərini “Novruz” bayramı ərəfəsində ziyarət etdilər və onun əziz xatirəsini ehtiramla yad etdilər.
Şəhid Mürsəl Kazımlının ailəsi ilə görüş zamanı onun kollecdə işlədiyi dövrdə yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışlarından, vətənpərvər, nizam-intizamlı və kollektivimiz tərəfindən hər an doğma hisslərlə anılaraq həmişə yaddaşımızda olduğundan danışdılar. Onunla hər an qürur duyulduğunu valideynlərinin diqqətinə çatdırdılar.
Mürsəlin valideynləri igid övladlarının keçdiyi şərəfli döyüş yollarından ürəklə, qürur hissi ilə danışdılar və kollecin rəhbərliyinə onlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirdilər.
Bununla yanaşı olaraq, 2 nömrəli Bakı Baza Tibb kolleci ailəsi hər il olduğu kimi bu il də Yasamal rayon sakini - Arzunu “Novruz” bayramı ərəfəsində təbrik etməyi unutmadılar. Doğma tələbələrimiz bayram xonçası ilə Arzunun üzünü güldürdülər.
Bayramın mübarək Arzu! Adın kimi ürəyinin arzularına çatasan!