Edumall Preloader

Tədrisin təşkili

Tədrisin təşkili

Tədrisin təşkili

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində tədris prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət standartları və proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarına uyğun olaraq təşkil olunur.

Tədrisin təşkili direktor, direktor müavini və müvafiq qurumlar tərəfindən tənzimlənir:

  • Azərbaycan Respublikasında “Orta ixtisas təhsilinin inkişaf proqramı”ndan irəli gələn vəzifələr həyata keçirilir;
  • İxtisaslı kadr hazırlığı ilə yanaşı tələbələrin şəxsiyyət kimi formalaşması istiqamətində işlər aparılır;
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər təşkilat və orqanlardan daxil olmuş tədrislə bağlı əsasnamə, təlimat, məktub, rəhbər əmrlər və digər sənədlər icraata qəbul edilir və onların icrasına nəzarət edilir;
  • Təhsildə islahat proqramlarından, informasiya-kommunikasiya texnologiyaları strategiyasından irəli gələn təhsilin dünya standartlarına uyğunlaşdırılması həyata keçirilir;
  • Tədris-təcrübə prosesində mühazirə və təcrübə dərsləri vahid şəkildə təşkil edilir;
  • Təlimə aid olan yeniliklər (Microsoft Teams, ZOOM Cloud Meetings və WhatsApp platformalar, interaktiv lövhə, prezentasiyalar)dərs prosesinə daxil edilir;
  • Tədrisin keyfiyyətinə nəzarət edilir. Açıq dərslər keçirilir və onlar geniş müzakirə edilir;
  • Tələbələr arasında müsabiqə, bilik olimpiadaları və elmi konfranslar keçirilir;
  • Müəllimlərin qabaqcıl təcrübələri gənc kadrların arasında yayılır;
  • Tədris prosesinin təşkili, davamlılığı və effektivliyi təmin edilir;
  • Tədris standartlarına uyğun olaraq proqramlar və tədris planları tərtib edilir;
  • İmtahan sessiyalarının və dövlət imtahanlarının keçirilməsi təşkil olunur;
  • Tədrisə aid bütün sənədləşmənin aparılmasına nəzarət edilir.
1650264992496
1643866524095

2 nömrəli Bakı Baza Tibb kollecində imtahan sessiyasının təşkili və aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir.

İmtahanlar kollecdə yaradılan “Virtual Test Mərkəzi”ndə (VTM) aparılır. İmtahanlar keçirilən zalda kompüterlər quraşdırılaraq, lokal şəbəkədə birləşdirilib, ümumi server vasitəsilə idarə edilir. Kompüter zalında yerləşdirilmiş xüsusi veb-kameralar vasitəsilə imtahan prosesinin video yazılışı aparılır. VTM-də imtahanların mütəşəkkil keçirilməsi üçün tələbələr üçün xüsusi qaydalar və təlimatlar hazırlanmışdır. İmtahan prosesində tələbə monitorda gördüyü sualın cavabını daxil edir və imtahanın sonunda operativ olaraq topladığı balı öyrənir.

İmtahan sessiyası dövründə kollecin rəhbərliyi zəruriyyət yarandıqda tələbə, valideyn və ictimaiyyətin nümayəndələrini qəbul edir, təklif, problemlər və digər məsələlər obyektiv və operativ şəkildə öz həllini tapır.

Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır.

Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

01
10 bal
tələbənin sərbəst işinə görə;
02
30 bal
seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə;
03
10 bal
dərslərdə davamiyyətə görə.

Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

 

Xəbərlər

WhatsApp Image 2024-11-13 at 19.00.25

Zəfər yürüşü

WhatsApp Image 2024-11-13 at 18.59.00 (1)

Zəfər günü

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində …

WhatsApp Image 2024-11-07 at 18.31.43

Uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı

WhatsApp Image 2024-11-07 at 18.31.42

Yaşıl Dünya Naminə Həmyərlik ili

“Yaşıl Dünya Naminə Həmyərlik ili” çərçivəsində 21-26 oktyabr tarixlərində UNICEF-in …

WhatsApp Image 2024-11-07 at 18.16.50

İntellektual yarış

Yasamal rayon Gənclər və İdman İdarəsininin təşkilatçılığı ilə “8 Noyabr …

WhatsApp Image 2024-11-07 at 18.14.49 (1)

Masterclass

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Gənclərlə …

WhatsApp Image 2024-11-07 at 12.47.24 (1)

Narkotiklərə yox deyək!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində …