Metodik iş
Aprel 19, 2022 2022-04-19 1:40Metodik iş
Metodik iş
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin tədris-metodik kabineti Respublikada fəaliyyət göstərən tibb kolleclərinə tədris-metodik köməklik göstərən bir bölmədir. Tədris-metodik kabinet 2 nömrəli Bakı Baza Tibb kollecinin mövcud əsasnaməsinə istinad edərək fəaliyyət göstərir.
Kollecdə metodik şura fəaliyyət göstərir. Şuranın tərkibində tədris-tərbiyə işləri üzrə direktor müavini, metodistlər, fənn birləşmə sədrləri və təcrübəli müəllimlər fəaliyyət göstərir. Metodik şura kabinetin iş planını və görülmüş işlərin icra vəziyyətini müəyyən edir, qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir, onların yayılmasına dair təkliflər verir. Metodik şura fənn proqramlarını müzakirə edir, tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq tövsiyyələr hazırlayır, konfranslar, seminarlar və bilik olimpiadalarının keçirilməsini təşkil edir.
Metodik kabinetin vəzifələri:
- tədris-metodik kabinet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orta tibb təhsili müəssisələri üçün tədris planları, fənn proqramları, tədris-metodik ədəbiyyatın hazırlanmasını, tədrisin metodikasını təşkil edir. Respublikanın tibb təhsili müəssisələrində tədris-metodik işi koordinasiya edir və onu istiqamətləndirir;
- tələbələrin bilik səviyyəsini artırmaq üçün təhsilin bütün mərhələlərində tədrisin keyfiyyətini yüksəltmək məqsədilə müvafiq təkliflər hazırlayır;
- qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayılmasını təşkil edir;
- kollecdə çalışan müəllimlərin təkmilləşdirilməsi məqsədilə sistematik olaraq kurslara göndərilmələrini təşkil edir;
- kollecdə seminar-məşğələlər, elmi-təcrübi konfranslar, tələbələr arasında kolleclərarası və kollecdaxili bilik olimpiadalarının keçirilməsini təşkil edir.
Metodik kabinetdə görülən işlər:
- Yeni dərs ili üçün kabinetlərə, laboratoriyalara baxış keçirilir və onların tam hazır vəziyyətə gətirilməsinə nəzarət edilir;
- Fənn birləşmə komissiyalarının, kabinet və laboratoriya müdirlərinin iş planları və hesabatlarının müzakirəsi aparılır, təhlil olunur, tövsiyyələr verilir;
- Fənn birləşmə komissiyaları tərəfindən hazırlanan mövzu-təqvim planları müzakirə olunuraq təsdiqlənir və müəllimlərə təqdim olunur;
- Kollecin metodistləri müəllimlərin pedaqoji fəaliyyətinə və yeniliklərin tədris prosesində tətbiq olunmasına nəzarət edir;
- Kollecin elektron kitabxanası hər il yenilənir, mövzulara aid prezentasiyalar hazırlanır;
- Fənn birləşmə komissiyalarının iclaslarında klinik protokolların müzakirəsi aparılır;
- Tədrisə aid aktual məsələlər metodik Şuranın iclaslarında müzakirə olunur;
- Hər il cədvəl üzrə nəzərdə tutulmuş elmi-təcrübi konfranslar, seminarlar, olimpiadalar və bilik yarışmalarının keçirilməsi təşkil olunur;
- Kollecin instaqram səhifəsində mütəmadi olaraq tibbi mövzulara aid maraqlı məlumatlar verilir, kollecin müəllimləri canlı yayımla aktual mövzularla cixış edir və sualları cavablandır;
- Orta tibb işçilərinin peşəkarlıq səviyyəsini yoxlamaq üçün kollec müəllimlərindən ibarət işçi qrup tərəfindən izahlı testlar və situasiya məsələləri tərtib edilib, sertifikasiya mərkəzinə təqdim olunur və mütəmadi olaraq yeni testlər əlavə olunur.
Azərbaycan Respublikasının Təhsil Nazirinin "Orta ixtisas təhsili pilləsinin ixtisasları üzrə təhsil proqramlarının hazırlanması barədə" 27.04.2021-ci il tarixli F-197 nömrəli əmrinə əsasən müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiyaəsaslı və tələbəyönümlü təhsil proqramları yenidən işlənib tərtib olundu.
Azərbaycan Respublikasinin Təhsil Nazirinin 17.08.2021-ci il tarixli F-410 nömrəli əmri ilə təsdiq edilmiş "Orta ixtisas təhsil pilləsinin ixtisasları üzrə təhsil proqramı"na əsasən tədris planları, fənn proqramları ixtisaslar üzrə yenidən işlənmiş, təsdiq olunmuş və respublikada fəaliyyət göstərən tibb kolleclərinə göndərilmişdir
Kollecin müəllimləri tərəfindən dərs vəsaitləri hazırlanmış müəllim və tələbələrin istifadəsinə verilmişdir.
Müəllimlər tərəfindən hazırlanmış dərs vəsaitləri:
- “Mikrobiologiya və mikrobioloji müayinə üsulları” Bakı 2004 (dərs vəsaiti) İbrahimov H., Şükürov A., Orucov Ş., Əhmədova K., İsmayılova L.
- “Kliniki diaqnostik laborator müayinə üsulları” Bakı 2009 (dərs vəsaiti) Rəsulova Z., Gəfərova G.
- “İmmunlaşdırma” Bakı 2010 (tədris vəsaiti) Məhərrəmova S., Əkbərova R.
- “Tibbi parazitologiya” Bakı 2011(tədris vəsaiti) Hacıyev İ., Əliyev M., Bədəlov M.
- “Diş və ağız boşluğu xəstəlikləri” Bakı 2012 (dərs vəsaiti) Aslanov K., Məmmədəliyeva D., Əliyeva A.
- “Tibb bacısının işi və vəzifələri” Bakı 2014 (dərs vəsaiti) Süleymanov K.
“İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müəllimlər üçün tədris vəsaiti (Tematik kurs).
“İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müdavimlər üçün təlim vəsaiti (Tematik kurs).
“İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müəllimlər üçün tədris vəsaiti (Təkmilləşdirmə kursu).
- “İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müdavimlər üçün təlim vəsaiti (Təkmilləşdirmə kursu) Bakı 2015 Əliyeva A., Məmmədəliyeva D. Məhərrəmova S., İmaniyeva T., Əhmədova İ., Vahidova D., Cavadova X., Cəfərova R., Vəliyeva E.
- “Mamalıq” Bakı 2016 (dərs vəsaiti) Ələsgərova Z., Məmmədova S., Mustafayeva İ., Qədirova İ.
- “Diş texnikliyi materialşünaslığı” Bakı 2017 (dərs vəsaiti) Cəfərova V., Məmmədəliyeva D.
- “Ginekologiya Bakı 2017” (dərs vəsaiti) Ələsgərova Z., Mustafayeva İ., Qədirova İ.
- “Tibbi mikrobiologiya və mikrobioloji müayinə üsulları” Bakı 2017 (dərs vəsaiti) Məmmədəliyeva D., Etibarlı D.
- “Qeyri infeksion xəstəliklərə dair” Bakı 2017(tədris metodik vəsait) Nəbiyeva T., Məmmədova Z., Mövsümova T., Cəfərova A., Nəsibova T., Mahmudova S., Məmmədova Ü.
- “Bioloji kimya” Bakı 2018 Quliyeva G.
- “Pediatriya” Bakı 2019 Quliyeva R., Məlikova Y., Bəhərzalova L., Məmmədəliyeva D.
- “Histologiya” Bakı 2020 Quliyeva N.
- “Gigiyena” Bakı 2020 Zəkiyeva M., Əkbərova R.
Xəbərlər
Təcrübi bacarıqlar üzrə İlin Ən Yaxşı Qrupu
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində …
Təlimçilər üçün Təlim (ToT)
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 23-24 yanvar …
Şəhidlər Xiyabanı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin …
20 Yanvar – Qəhrəmanlıq salnaməsi
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 20 yanvar …
“20 Yanvar” – Milli qürur günümüzün 35-ci ildönümü
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi …
“Obyektiv Strukturlaşdırılmış Kliniki İmtahan (OSKİ) metodu ilə İmtahanların təşkili”
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində …
Qazaxıstan Respublikasının “Emili” Ali tibb kolleci ilə İkitərəfli Anlaşma Memorandumu
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kolleci …