
2 nömrəli Bakı Baza Tibb Kollecinin kitabxanasında “2023 Heydər Əliyev İLİ” ilə əlaqədar tədbirlər planı çərçivəsində “Heydər Əliyev 100” adlı kitab sərgisi açılıb. Sərginin açılışında kollecin direktoru Dilarə Məmmədəliyeva: ”2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar prezident İlham Əliyev 29 sentyabr 2022-ci ildə xüsusi sərəncam imzalamışdır. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İLİ” elan olunması Ulu Öndərimizin şəxsiyyətinə, ictimai-siyasi fəaliyyətinə verilən qiymətdir. Qədirbilən xalqımız bu qərarı böyük rəğbət hissi ilə qarşıladı.”-söylədi.
Kollecin tədris-tərbiyə işləri üzrə direktor müavini Vəfa Əliyeva :” Heydər Əliyevin şərəfli həyat yolunun,xalqımız üçün əvəzsiz xidmətlərinin gənc nəslə çatdırılması işində sərgi çox əhəmiyyətlidir. Heydər Əliyevin ömür yolu təkcə Azərbaycanla məhdudlaşmamış , ölkəmizin hüdudlarından kənarda da o, nüfuzlu söz sahibi olmuşdur.Bu gün Ulu Öndərin xarici və daxili siyasətini onun layiqli davamçısı İlham Əliyev uğurla davam etdirir. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun tarixi qələbəsi, Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi Heydər Əliyev arzularının gerçəkləşməsinin təcəssümüdür .”- dedi.
Açılışdan sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə Ümummilli Liderin mənalı ömür yolu,fəaliyyəti, müstəqil Azərbaycanın dövlət quruculuğunda xüsusi xidmətlərini əks etdirən kitablar nümayiş etdirilib.
