“Bilik Günü”
Mart 5, 2021 2025-02-24 17:14“Bilik Günü”
“Bilik Günü”
Adətən, kollecimizdə hər yeni tədris ilinin ilk dərs günü “Bilik Günü” kimi təntənəli qeyd olunur. COVİD-19 pandemiyasını nəzərə alaraq, bu il bir qədər gec olsa da, kollecin rəhbərliyi I kurs tələbələri ilə yarımqruplarda görüş keçirdi. Qısa görüşlər zamanı kollecin direktoru Dilarə Məmmədəliyeva gəncləri tələbə adı qazanmaları münasibətilə ürəkdən təbrik edib qeyd etdi ki, hər bir dövlətin inkişafı və gələcəyi onun təhsili ilə bağlıdır. Vətənini, xalqını sevən hər bir tələbənin ən böyük və müqəddəs vəzifəsi, kamil mütəxəssis olmaqdır. Gələcəkdə hər bir tələbənin xalqımızın və dövlətimizin rifahı üçün çalışacaqlarına, cəmiyyətdə layiqli yer tutacaqlarına əminliyini vurğulayıb onlara müvəffəqiyyət arzulamış və tələbə biletləri təqdim etmişdir.