Edumall Preloader

Tədrisin təşkili

Tədrisin təşkili

Tədrisin təşkili

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində tədris prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət standartları və proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarına uyğun olaraq təşkil olunur.

Tədrisin təşkili direktor, direktor müavini və müvafiq qurumlar tərəfindən tənzimlənir:

  • Azərbaycan Respublikasında “Orta ixtisas təhsilinin inkişaf proqramı”ndan irəli gələn vəzifələr həyata keçirilir;
  • İxtisaslı kadr hazırlığı ilə yanaşı tələbələrin şəxsiyyət kimi formalaşması istiqamətində işlər aparılır;
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər təşkilat və orqanlardan daxil olmuş tədrislə bağlı əsasnamə, təlimat, məktub, rəhbər əmrlər və digər sənədlər icraata qəbul edilir və onların icrasına nəzarət edilir;
  • Təhsildə islahat proqramlarından, informasiya-kommunikasiya texnologiyaları strategiyasından irəli gələn təhsilin dünya standartlarına uyğunlaşdırılması həyata keçirilir;
  • Tədris-təcrübə prosesində mühazirə və təcrübə dərsləri vahid şəkildə təşkil edilir;
  • Təlimə aid olan yeniliklər (Microsoft Teams, ZOOM Cloud Meetings və WhatsApp platformalar, interaktiv lövhə, prezentasiyalar)dərs prosesinə daxil edilir;
  • Tədrisin keyfiyyətinə nəzarət edilir. Açıq dərslər keçirilir və onlar geniş müzakirə edilir;
  • Tələbələr arasında müsabiqə, bilik olimpiadaları və elmi konfranslar keçirilir;
  • Müəllimlərin qabaqcıl təcrübələri gənc kadrların arasında yayılır;
  • Tədris prosesinin təşkili, davamlılığı və effektivliyi təmin edilir;
  • Tədris standartlarına uyğun olaraq proqramlar və tədris planları tərtib edilir;
  • İmtahan sessiyalarının və dövlət imtahanlarının keçirilməsi təşkil olunur;
  • Tədrisə aid bütün sənədləşmənin aparılmasına nəzarət edilir.
1650264992496
1643866524095

2 nömrəli Bakı Baza Tibb kollecində imtahan sessiyasının təşkili və aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir.

İmtahanlar kollecdə yaradılan “Virtual Test Mərkəzi”ndə (VTM) aparılır. İmtahanlar keçirilən zalda kompüterlər qurlaşdırılaraq, lokal şəbəkədə birləşdirilib, ümumi server vasitəsilə idarə edilir. Kompüter zalında yerləşdirilmiş xüsusi veb-kameralar vasitəsilə imtahan prosesinin video yazılışı aparılır. VTM-də imtahanların mütəşəkkil keçirilməsi üçün tələbələr üçün xüsusi qaydalar və təlimatlar hazırlanmışdır. İmtahan prosesində tələbə monitorda gördüyü sualın cavabını daxil edir və imtahanın sonunda operativ olaraq topladığı balı öyrənir.

İmtahan sessiyası dövründə kollecin rəhbərliyi zəruriyyət yarandıqda tələbə, valideyn və ictimaiyyətin nümayəndələrini qəbul edir, təklif, problemlər və digər məsələlər obyektiv və operativ şəkildə öz həllini tapır.

Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır.

Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

 

01
10 bal
tələbənin sərbəst işinə görə;
02
30 bal
seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə;
03
10 bal
dərslərdə davamiyyətə görə.

Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

 

Xəbərlər

407771535_18406292200044887_3427698447591742850_n

Çıxan protezlərin köhnə və yeni alternativlərinin keyfiyyəti

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində ulu öndər …

404266356_734117565299659_4677158750697565690_n

COLD FEST

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 14 yaşı münasibətilə “COLD FEST” …

394307808_308241475308162_4100688712207226807_n

100 MİN proqramı çərçivəsində

“100 MİN” proqramı çərçivəsində 2 Nömrəli Bakı Baza Tibb Kolleci …

41a09624-a904-4edf-a22b-debb0fdf7ba9

Heydər Əliyev və Səhiyyə

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində “Heydər Əliyev …

405736762_18404520181044887_3598034445076759408_n

Terminal hallar, həyat təməl dəstəyi və tənəffüs yollarının tıxanması

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin pedaqoqları İradə …

405043803_18404296216044887_1836420367850422618_n

XXI əsrdə şəkərli diabetin müasir diaqnostika və müalicə üsulları

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 16 noyabrda …

403836813_234275622838681_5048035322688711636_n

“Hamilə qadınlara və 3 yaşınadək uşaqlara Universal-proqressiv patronaj modeli” mövzusunda təlim

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan …