Edumall Preloader

Təmiz şəhər

Snapinsta.app_448218299_18445055794044887_2982533283137811539_n_1080
Xəbərlər

Təmiz şəhər

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Milli Olimpiya Komitəsi və «Təmiz Şəhər» ASC-nin tərəfdaşlığı ilə «Sahillər təmiz qalsın» şüarı altında 12 iyun 2024-cü il tarixində ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib. Aksiyada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin Tələbə Gənclər Təşkilatı və bir qrup fəal tələbəsi iştirak edib.

Çimərlik mövsümünün açılışı ərəfəsində keçirilən və Ümumdünya Ətraf Mühit gününə həsr olunan aksiya zamanı Şüvəlan çimərliyi ərazisi könüllülər tərəfindən təmizlənib, toplanan tullantılar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.