Edumall Preloader

12 may Beynəlxalq Tibb Bacısı Günü

Snapinsta.app_346888102_1236806236951940_4709257564815417740_n_1080
Xəbərlər

12 may Beynəlxalq Tibb Bacısı Günü

2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 12 may - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müşaviri Rüfət Hacıəlibəyov, Səhiyyə Nazirliyi elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova, ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı, Azərbaycan Tibb Universitetinin müəllim və tələbə heyəti, 1 nömrəli Tibb Kollecinin rəhbərliyi, müəllim və tələbə heyəti, Bakı şəhərinin müxtəlif klinikalarında çalışan baş və böyük tibb bacıları və kollecimizin müəllim-tələbə heyəti iştirak etdilər.

Səidə Rüstəmova çıxışında 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya proseslərində tibb işçilərinin əzmkar əməyindən danışaraq tibb bacılarının fədakarlığını vurğuladı. Həmçinin bildirdi ki, müasir tibb bacılarının fəaliyyətləri kifayət qədər genişdir. Belə ki, patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir.

ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı bildirdi ki, tibb bacıları səhiyyə xidmətlərinin təminatında önəmli rol oynayır.
Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək vurğuladı ki, tibb xidmətlərinin göstərilməsində tibb bacılarının və tibb qardaşlarının rolu əvəzsizdir, respublikamızda 56 mindən çox tibb bacısı və tibb qardaşı çalışır və öz vəzifə borcunu layiqincə yerinə yetirir. Onlar koronavirus epidemiyası ilə mübarizədə, eyni zamanda 44 günlük Vətən müharibəsinin istər ön, istər arxa cəbhədə öz vətəndaşlıq və vəzifə borclarını layiqincə yerinə yetirərək cəsarət, fədakarlıq, peşəkarlıq nümayiş etdirdilər.

Daha sonra ÜST-nin eksperti Sevgi Turan və kollecin tələbələri geniş məruzə ilə çıxış etdilər.
Tədbirə tələbələrin hazırladığı musiqili-bədii kompozisiya ilə yekun vuruldu.

Son xəbərlər

Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər
Məzun 2024
Snapinsta.app_447744709_18443338645044887_240032541052585700_n_1080
Xəbərlər
Son nəsil robot
Snapinsta.app_448857005_18446664799044887_8063207288045311437_n_1024
Xəbərlər
Karyerada ilk addım